“Chefm” Naxçıvan Muxtar Respublikasında yaranmış yerli markalardan biridir .“Chefm” markası ilə fastfood yeməklər hazırlanır. Bu yeməklərin hazırlanmasında yerli ərzaq məhsullarından istifadə olunur. Markanın məqsədi müasir standartlara cavab verən texnologiyalardan istifadə edərək yüksək keyfiyyətli məhsullarla müştərilərə xidmət göstərmək, yerli məhsulların dadlarını və ənənələrini tanıtmaqdır. Qeyd edək ki, bütün məhsullar müasir standartlara uyğun hazırlanır və istifadə olunan avadanlıqlar dünyanın inkişaf etmiş ölkələrinin standartlarına tam cavab verir.